Kakau: Üçüncü yer uğrunda qarşılaşmada qalib gəlmək istəyirik
24 aprel 2014 21:40
Futzal üzrə UEFA Kubokunun Dördlər finalının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş “Kayrat” - “Dinamo” oyunundan (1:2) sonra “Kayrat”ın baş məşqçisi Kakau oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Kakau bunları söyləyib:
“Dinamo”nu qələbə münasibətilə təbrik edirəm. Amma hesab edirəm ki, oyunun nəticəsi ədalətli olmadı. Bizim qol vurmaq üçün daha çox şansımız var idi. Əzmkar oyuna görə uşaqlara təşəkkür edirəm. Bizi üçüncü yer uğrunda oyun gözləyir və biz həmin qarşılaşmada qalib gəlmək istəyirik”.
(AFFA)