Per-Matias Höqmo: İsveç yığması ilə oyun Azərbaycan millisinə qarşı yaxşı hazırlıq olacaq
24 aprel 2014 16:48
AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində millimizin rəqibi olan Norveç millisinin daha bir yoldaşlıq görüşündə gücünü sınayacağını bildirmişdik. Azerisport.az xəbər verir ki, “vikinqlər” digər Skandinaviya təmsilçisi İsveç yığması ilə qarşılaşacaqlar və komandanın baş məşqçisi Per-Matias Höqmo bu oyun barədə fikirlərini açıqlayıb:
“Qonşumuz İsveç yığması ilə oyunlar klassikadır. İsveç yığmasının səviyyəsinin hazırda bizim millimizdən yüksək olması, oyunu tamaşaçılar üçün daha maraqlı edir. Həmçinin, bu oyun, qarşıdakı AÇ-nin təsnifat mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı oyun baxımından, yaxşı hazırlıq olacaq”.
Per-Matias Höqmonun yetirmələri yoxlama oyununu 2015-ci ilin 8 iyunu tarixinə nəzərdə tutub.