Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə mini futbol turniri keçiriləcək
24 aprel 2014 13:44
26 aprel 2014-cü il tarixindən 5 may 2014-cü il tarixinədək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mini futbol üzrə Qazax rayon açıq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, Qazax rayon Olimpiya İdman Kompleksində keçiriləcək turnirin əsas məqsədi, Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, gənclərə sağlam həyat tərzinin təbliği, asudə vaxtların səmərəli istifadə edilməsinin təşkili, milli-mənəvi dəyərlərimizin aşılanması, onların vətənpərvər ruhda böyüməsinə dəstək olmaq və rayonda mini futbol idman növünün inkişaf etməsinə nail olmaqdır.
Turnir Qazax rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı, “Gəncliyin Təşəbbüsü” MİB və ”Qazax Olimpik” MMC tərəfindən təşkil olunur.
Turnir Qazax rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı, “Gəncliyin Təşəbbüsü” MİB və ”Qazax Olimpik” MMC tərəfindən təşkil olunur.
Turnirin qalibi və mükafatçı komandalar kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunacaq.