Tahir Süleymanov: İstəmirəm ki, Neftçiyə qarşı ədalətsizlik davam etsin və buna görə də gedirəm
24 aprel 2014 13:00
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına müsahibəsində özünün istefası haqda məlumatı şərh edib:
“Bu mövsüm “Neftçi”yə qarşı çox ədalətsizliklər olub. Bu ədalətsizliyin belə desək, zirvəsi, mənə olan hücumlar oldu. Qeyri-qanuni olaraq, məni 20 min manat cərimələdilər. İstəmirəm ki, mənə görə komanda zərbə alsın. Bax, buna görə də mən klub prezidenti Sadıq Sadıqova istefa xahişi ilə müraciət etmişəm. Mən bunu “Rəvan”a qarşı oyunqabağı etdim. Belə ki, “Neftçi”yə qarşı ədalətsizliyin davam etməsini istəmirəm”.
Xatırladaq ki, Süleymanov TPL-in 20-ci turu çərçivəsində “Neftçi”nin “Xəzər Lənkəran”a qarşı keçirdiyi səfər oyununda (2:2) baş hakim Rəhim Həsənovu təhqir etdiyi üçün 20 min manat məbləğində cərimə edilmişdi.