Dinamo finaldakı rəqibi haqda hələ düşünmür
23 aprel 2014 19:44
Moskva “Dinamo”sunun baş məşqçisi Faustino Peres Qazaxıstanın “Kayrat” komandasına qarşı keçiriləcək yarımfinal oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Peres bunları söyləyib:
“Yarımfinallar çətin keçəcək. Bu Dördlər finalının səviyyəsi çox yüksəkdir. Hətta tam gücümüzü yüz faiz qoysaq belə, bu, bizə qələbə təminatı verməyəcək. Finalda kiminlə qarşılaşacağımız haqda hələ düşünmürük”.