Kayratın baş məşqçisi Arazı Barselona qarşısında favorit hesab etməsinin səbəblərini açıqladı
23 aprel 2014 19:22
“Kayrat”ın baş məşqçisi Kakau futzal üzrə UEFA Kubokunun Dördlər finalı çərçivəsində keçiriləcək yarımfinal oyununda “Arazı” “Barselona” qarşısında favorit hesab etməsinin səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Kakau bunları söyləyib:
“Yerli komanda güclüdür. Azarkeşlər və doğma divarlar onlara böyük güc-qüvvə verir. Həmçinin, təcrübəli məşqçiləri, yüksək səviyyəli oyunçuları var. “Barselona”ya çətin olacaq. “Araz”ın çox yaxşı şansları var”.