Vitali Borisov: Oynayıb-oynamayacağım haqda qərar sabah veriləcək
23 aprel 2014 19:00
“Araz”ın baş oyunçusu Vitali Borisov sabah UEFA Kubokunun Dördlər finalı çərçivəsində “Barselona”ya qarşı keçiriləcək yarımfinal oyununda iştirakı haqda fikrilərini bildirib. Azerisport.az xəbər verir ki, Borisov bunları söyləyib:
“Şadam ki, UEFA bu turniri keçirməyi məhz bizə etibar edib. Paytaxtımıza çox güclü kollektivlər gəlib. Hər bir komandaya yarışda uğurlar diləyirəm. Zədəmə gəlincə, oynayıb-oynamayacağım haqda qərar sabah veriləcək. Əgər həkimlər və məşqçi razılıq versə, mütləq oynayacağam”.