Joze Alesio: Yeni oyunçuları özüm seçmişəm
23 aprel 2014 18:40
“Araz”ın baş məşqçisi Joze Alesio yığmanın son AÇ-dəki uğursuzluğunun yetirmələrinin UEFA Kubokunun Dördlər finalında çıxışına təsir etməyəcəyini bildirib. Azerisport.az xəbər verir ki, Alesio bunları söyləyib:
“Bu, iki müxtəlif yarışdır. AÇ-ni geridə, keçmişdə qoymuşuq. İndi bizi yeni yarış gözləyir. Burada bacardıqca uğurlu çıxış etmək istəyimiz var”.
Mütəxəssis “Araz”ın yeni oyunçuları haqda da danışıb: “Yeni oyunçuları mən özüm seçmişəm. Onlar uyğunlaşma dövrünü keçiblər və ümid edirəm ki, qarşıdakı turnirdə bizə kömək edə biləcəklər”.