Barselonanın baş məşqçisi: UEFA Kubokunda qələbə qazanmağa çalışacağıq
23 aprel 2014 18:11
“Barselona”nın baş məşqçisi Mark Karmona sabah UEFA Kubokunun Dördlər finalı çərçivəsində “Araz”a qarşı keçiriləcək yarımfinal oyunu haqda fikrilərini bildirib. Azerisport.az xəbər verir ki, Karmona bunları söyləyib:
“Bu turnir bizim üçün vacibdir. Mən deyərdim ki, bu, ən vacib klub turniridir. Bizi çətin oyunlar gözləyir. İki il qabaq olduğu kimi, UEFA Kubokunda qələbə qazanmağa çalışacağıq”.