Karlsen Şəmkirdə futbol oynayacaq
23 aprel 2014 15:00
Shamkir Chess 2014 turnirinin istirahət günündə təşkilatçılar şahmatçılar arasında futbol matçı keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, yoldaşlıq matçında 3 komandanın iştirak edəcəyi gözlənilir.
Əcnəbi şahmatçılardan ibarət komanda dünya yığmasında mübarizə aparacaq. Azərbaycan şahmatçıları milli komandanın heyətində yer alacaq. Daha bir komandada isə jurnalistlər, şərhçilər və digər şəxslər yer alacaq. Maraqlı futbol matçı aprelin 25-də baş tutacaq.