Fotoreportaj|Video|На русском

Futbol

Qarabağla Neftçi üçün qara tur

21 aprel 2014 00:07

Topaz Premyer Liqasının 31-ci turu da geridə qaldı. Azerisport.az xəbər verir ki, kubokun yarımfinal oyunları ilə əlaqədar turun bütün görüşləri eyni gündə baş tutdu.

Günə paytaxt derbisi ilə start verildi. "Bakı" doğma meydanda "İnter"i qəbul etdi. "Bankirlər" bu görüşdən 4:0 hesablı qələbə ilə ayrıldılar. Beləliklə, Kaxaber Sxadadzenin komandası avrokuboklara bir addım da yaxınlaşdı və turnir cədvəlinin 2-ci pilləsindəki mövqeyini daha da möhkəmləndirdi. Paytaxtın eyniadlı komandası isə bu məğlubiyyətdən sonra daha bir təhlükə ilə üzləşdi. Belə ki, Milinko Pantiçin yetirmələri bu mövsüm avrokubok oyunlarını yalnız televiziya vasitəsilə seyr edə bilər. Ən yaxın izləyicindən 1 xal irəlidə olan "Bakı" bu pilləni qoruyacağı təqdirdə, beynəlxalq arenada top qovmaq üçün yalnız "Neftçi"nin kubokun qalibi olmasına ümid etməlidi. Əks təqdirdə Ettonun hakimə kəllə atmasından belə hər şeyi öz üzərinə götürən Pantiç daha bir mövsüm Premyer Liqada Avropa üçün çalışacaq.

Növbəti 3 görüş isə eyni vaxtda start götürdü. Kubokda gözlənilmədən yarımfinala qədər yüksələn "Rəvan" "Qəbələ"ni qəbul etdi və 1:2 hesabı ilə məğlub oldu. Bayıl klubunun bu görüşdən məğlub ayrılması onların turnir cədvəlinin autsayderi olmasına səbəb oldu. Belə ki, Bayıl klubu 9-cu pillədə yer alan "Sumqayıt"ın 3 xal gerisinə düşdü. "Qəbələ" isə 3 xal sayəsində 4-cü pilləyə bir addım da yaxınlaşdı. Əgər "qırmızı-qaralar" mövsümü 4-cü pillədə qapasa və "Neftçi" ilə kubokun finalına çıxsa, avrokubokları təmin etmiş olacaq.

Bu görüşlə eyni vaxtda "Simurq" - "Qarabağ" görüşü də baş tutdu. Futbol ictimaiyyəti bu görüşdə "Qarabağ"ın qələbə qazanaraq çempionluğu təmin edəcəyini gözləsə də, hər şey əksinə oldu. Zaqatala təmsilçisi lider üzərində minimal hesablı qələbə qazanaraq xal ehtiyatını artırmağı bacardı. Buna baxmayaraq, "Qarabağ" çempionluq yarışında ən yaxın qonşusu "İnter"lə 10 xallıq fərq saxladı.

17:00-da start götürən digər bir qarşılaşma isə "Bakcell Arena"da keçirildi. "Neftçi" - "Sumqayıt" qarşılaşması da maraqlı hesabla başa çatdı. Bu görüşdə favorit meydan sahibləri olsa da, hər şey əksinə oldu. Aqil Məmmədovun komandası "ağ-qaralar"la dueldən 3:1 hesablı qələbə ilə ayrıldı. Bu qalibiyyət sayəsində Sumqayıt təmsilçisi turnir cədvəlinin sonuncu pilləsindən qurtularaq, 1 pillə yüksəldi. Böyükağa Hacıyevin komandası isə mövsümün sonuna bir neçə tur qalmış ağır zərbə aldı. Artıq "Neftçi" 2-ci pillədə qərarlaşan "İnter"in 3 xal gerisindədi.

Günün və turun son oyunda isə "Xəzər Lənkəran" və AZAL komandaları üz-üzə gəldi. Çempionatda heç bir iddiası qalmayan komandalar sadəcə, xal ehtiyatını artırmaq üçün meydana çıxmışdı. Hesabı əyalət təmsilçisi açsa da, qonaqlar rəqib qapısını silkələməyi bacardı və görüş 1:1 hesabı ilə başa çatdı. Bu bərabərlik Tərlan Əhmədovun AZAL-la 2-ci heç-heçəsi oldu. Mustafa Dənizli isə avrokuboklara vəsiqə qazanmağın tək yolu olan kubok oyununa daha ehtiyatlı çıxacaq. Premyer Liqada isə bu cütlük hər hansı bir iddiasını sübut etmək üçün yeni mövsümü gözləməyə məcburdu.

Topaz Premyer Liqası
31-ci tur

BAKI - İNTER - 0:4
Qollar: Derlis Meza Kolli, 11, Etto, 50-öz qapısına, Mikel Alvaro, 80, Vaqif Cavadov, 88.
Sarı vərəqələr: Etto, 72 (qeyri-idman hərəkəti); 72 (hakimin qərarına etiraz); Alberto Noquera, 76 (qeyri-idman hərəkəti); Lukas Mario Horvat, 78 (qeyri-idman hərəkəti) - Brüs Abdulaye, 20 (topa əl ilə oyun); Fuad Bayramov, 86 (topa əl ilə oyun)/
Qırmızı vərəqə: Araujo Santos, 72.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
20 aprel 2014. Saat 15:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.

Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 4. Mario Alvares, 5. Ruben Qonzales, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov (21. Elvin Məmmədov, 58), 12. Etto, 15. Alberto Noquera, 17. Risto Ristoviç (6. Vadim Abdullayev, 46), 20. Tural Qürbətov (19. Marius Pena, 46), 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 10. Aleksandar Soliç, 16. Xavyer Junior, 34. Şəhriyar Əliyev.
Baş məşqçi: Milinko Pantiç.
İnter: 25. Səlahət Ağayev, 4. İvan Benites, 8. Mikel Alvaro, 9. Aleksandr İaşvili (70. Vaqif Cavadov, 46), 11. Asif Məmmədov (k) (24. Fuad Bayramov, 82), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 58), 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 30. Abbas Hüseynov.
Baş məşqçi: Kaxaber Sxadadze.

NEFTÇİ - SUMQAYIT - 1:3
Qollar: Ruslan Qurbanov, 90+3 - Rəhman Hacıyev, 20, Uğur Pamuk, 51, Pərdis Fərcad-Azad, 78.
Sarı vərəqələr: Erik Ramos, 2 (qeyri-idman hərəkəti); Ernest Nfor, 18 (qeyri-idman hərəkəti) - Mirzağa Hüseynpur, 57 (qeyri-idman hərəkəti); Uğur Pamuk, 61 (qeyri-idman hərəkəti); 66 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 69 (hakimin  qərarına etiraz); Şəhriyar Xəlilov, 74 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Araz Abdullayev, 90+2 (qeyri-etik ifadələr işlətdiyi üçün) - Uğur Pamuk, 66.
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Alik Yunusov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
20 aprel 2014. Saat 17:00. “Bakcell Arena” stadionu. 1000 tamaşaçı.

Neftçi: 30. Saşa Stamenkoviç (1. Pavel Doroşev, 15), 2. Karlos Kardoso, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 7. Araz Abdullayev, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov (10. Cavid İmamverdiyev, 51), 21. Samir Məsimov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə (23. Ruslan Qurbanov, 80), 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 3. Denis Silva, 8. Elşən Abdullayev, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 14. Məhəmməd Qurbanov (7. Pərdis Fərcad-Azad, 65), 15. Nodar Məmmədov (2. Şəhriyar Xəlilov, 71), 18. Aleksandr Çertoqanov (k), 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur (8. Aqşin Muxtaroğlu, 89), 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 4. Samir Abasov (k), 17. Adil İbrahimov.
Baş məşqçi: Aqil Məmmədov.

SİMURQ - QARABAĞ - 1:0
Qol: Draqan Çeran, 37.
Sarı vərəqələr: Raul Kostin, 6 (qeyri-idman hərəkəti); İdan Vaytsman, 65 (qeyri-idman hərəkəti) - Rəşad Sadıqov, 34 (hakimin qərarına etiraz).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
20 aprel 2014. Saat 17:00. Zaqatala şəhər stadionu. 1400 tamaşaçı.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov (k), 10. Rəşad Eyyubov (8. Patrik Osiako, 70), 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı (77. Nicat Qurbanov, 87), 30. Raul Kostin.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Usim Nduka, 17. Rüstəm Məmmədov, 22. Salif Ballo, 55. İlqar Hüseynov.
Baş məşqçi: Georgi Çixradze.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem (99. Nikolas Gelaşvili, 64), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli (24. Admir Teli, 83), 41. Leroy Corc (17. Vüqar Nadirov, 43), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.

RƏVAN - QƏBƏLƏ - 1:2
Qollar: Yamin Ağakərimzadə, 85 - Viktor Mendi, 38, Ürfan Abbasov, 41.
Sarı vərəqələr: Miloş Adamoviç, 66 (qeyri-idman hərəkəti) - Daniel Subotiç, 44 (qeyri-idman hərəkəti); İbrahima Niasse, 48 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, İsgəndər Əliyev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
20 aprel 2014. Saat 17:00. “Bayıl Arena” stadionu. 300 tamaşaçı.

Rəvan: 85. Kamal Bayramov, 6. Ceyhun Cavadov (11. Kamil Nurəhmədov, 62), 7. Elvin Həsənəliyev (24. Yamin Ağakərimzadə, 75), 10. Tyaqo Mirasema, 14. Xuan Manuel Varea, 15. Dmitri Kruqlov (40. Mişel Balokoq, 55), 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç, 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 9. Elnur Abdulov, 21. Novruz Məmmədov, 26. Elçin Xəlilov.
Baş məşqçi: Güvenc Kurtar.
Qəbələ: 1. Kamran Ağayev (k), 7. Marat İzmaylov (42. Leonardo da Silva, 46), 8. Nizami Hacıyev, 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 75), 10. Dodo, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (14. Lorenzo Ebesilio, 46), 34. Ürfan Abbasov, 44. Rafael Santos, 46. Davronjon Erqaşev.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 22. Lourival Assis, 45. Murad Musayev.
Baş məşqçi: Yuri Syomin.

XƏZƏR LƏNKƏRAN - AZAL - 1:1
Qollar: Sadio Tounkara, 9 - Con Oluremi, 34.
Sarı vərəqələr: Alvaro Silva, 18 (qeyri-idman hərəkəti) - Branislav Arsenyeviç, 32 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 88 (qeyri-idman hərəkəti); Oskar Klava, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Azər Əsgərov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
20 aprel 2014. Saat 18:00. “Xəzər Lənkəran” mərkəzi stadionu. 1200 tamaşaçı.

Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 12. Junior Nildo (20. Etame Mbilla, 59), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 30. Elias Ribeiro (16. Adrian Pit, 59) (8. Deyan Blajevski, 77).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 6. Rasim Ramaldanov, 22. Deyvid Sakkoni, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Denizli.
AZAL: 1. Ruslan Məcidov, 8. Qərib İbrahimov (19. Orxan Səfiyaroğlu, 74), 10. Con Oluremi, 15. Oskar Klava, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 26. Kərim Diniyev (5. Murad Ağayev, 90+2), 27. Rəşad Abdullayev (k) (28. Emin Cəfərquliyev, 90+4), 31. Şəhriyar Rəhimov, 32. Laşa Kasradze, 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Aydın Qasımov, 9. Orxan Həsənov, 22. Axtam Xamroqulov.
Baş məşqçi: Tərlan Əhmədov.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah