Kurtar Qəbələyə qarşı yarımehtiyat heyəti buraxacaq
18 aprel 2014 14:33
“Rəvan” TPL-in 31-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyuna hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Güvənc Kurtar ölkə Kubokun yarımfinalı çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək cavab oyunu ərəfəsində əsas heyətə istirahət verib və “radarlar”a qarşı oyuna yarımehtiyat heyəti buraxacaq.