Əli Gökdəmir növbəti turu da buraxmalı olacaq
17 aprel 2014 20:33
“Elazığspor” Türkiyə Superliqasının 30-cu turuna hazırlığını davam etdirir. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, millimizin müdafiəçisi Əli Gökdəmir çox güman ki, bu turu da buraxacaq.
Belə ki, 23 yaşı futbolçumuz belindəki ağrılardan əziyyət çəkir və bu, ona məşqlərə qoşulmağa imkan vermir. Bu səbəbdən Gökdəmirin “Bursaspor”a qarşı oyunu buraxacağı ehtimalı daha yüksəkdir.