Azərbaycan Kubokunun yeni sponsoru ola bilər
17 aprel 2014 20:11
Futbol üzrə Azərbaycan Kuboku özünün yeni sponsorunu tapa bilər. Azerisport.az xəbər verir ki, “Azerinteltek” şirkətinin rəhbəri Əhməd Sezer TPL-in ən yaxşı futbolçularının mükafatlandırma mərasiminə həsr edilmiş bugünkü mətbuat konfransında bildirib ki, bu barədə PFL-lə danışıqlar aparmağa hazırdır.
Əgər danışıqlar uğurla baş çatsa, Kubokun sponsoru “Topaz” olacaq.
Məlum olduğu kimi, son dəfə üç il qabaq Azərbaycan Kuboku NBC şirkətinin havadarlığı ilə baş tutmuşdu. O vaxtdan Kubok sponsorsuz keçirilir.