Araz - Barselona oyununa biletlər satışa çıxarıldı
16 aprel 2014 13:00
Bakıda keçiriləcək futzal üzrə UEFA Kubokunun Dördlər finalına biletlər satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, oyunlar “Sərhədçi” idman kompleksində keçiriləcək.
Aprelin 24-də yarımfinal oyunları baş tutacaq. “Araz” - “Barselona” (İspaniya) və “Kayrat” (Qazaxıstan) - “Dinamo” (Moskva, Rusiya) qarşılaşacaq.
Üçüncü yer uğrunda oyun və final görüşü aprelin 26-da keçiriləcək.
Biletlərin qiyməti 2 manatdır.