Leozinyo Xəzər Lənkərana keçmək istəyi haqda danışıb
16 aprel 2014 12:44
Yunanıstanın “AEL Kallonis” komandasının yarımmüdafiəçisi braziliyalı Leozinyo “Xəzər Lənkəran” və Kiprin APOEL klubu tərəfindən özünə olan maraqlar haqda danışıb. Azerisport.az xəbər verir ki, Leozinyo Yunanıstan KİV-nə bunları söyləyib:
“Bu ilin yanvarında Azərbaycan klubuna keçmək istəyirdim. Ancaq həlledici məqamda “Kallonis”i tərk edə bilmədim. Digər kluba gəlincə, bəli, mənə Kiprdən maraq var”.