Vüqar Əsgərov Azərbaycana qayıdır
16 aprel 2014 17:11
“Sumqayıt”ın sabiq hücumçusu Vüqar Əsgərov TPL-də çıxış etməyi nəzərdə tutub və bu haqda azerisport.az saytına bildirib:
“Mənim zədəm geridədir. Hazırda sabiq klubum Liepaya “Metallurq”u ilə birgə tam gücümlə məşq edirəm. Mövsümün sonunu gözləyirəm. Yenidən Vətənimdə oynamaq istəyirəm. Azərbaycan gələn istənilən təklifə şad olacağam. AZAL ilə razılaşmam vardı. Ancaq orada məşqçi dəyişikliyi baş verdi. Necə olacağını bilmirəm. “Rəvan”a keçə bilərəmmi? Hər şey ola bilər. Ümid edirəm ki, mənim Azərbaycanda hələ unutmayıblar və klubsuz qalmayacağam. İndi ən əsası, münasib idman forması yığmaqdır. İnanıram ki, hər şey yaxşı olacaq”.