Yığmamızın üzvü sağaldı
16 aprel 2014 15:10
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın "Fortuna" klubunun hücumçusu Toğrul Erat zədəsini sağaldıb. Azerisport.az xəbər verir ki, yığmamızın üzvü artıq komanda ilə məşqlərə də başlayıb.
Bundesliqanın son iki turunda Düsseldorf təmsilçisinə kömək edə bilməyən Erat bir neçə gün idi fərdi məşqlər edirdi. Artıq sağalan hücumçu tam gücü ilə ümumi məşqlərdə iştirak edə bilir.
22 yaşlı xavbekin qarşıdakı "Sandhauzen"lə qarşılaşmada meydana çıxması gözlənilir.