AZAL-ın sabiq futbolçusu yeni komandasında debüt etdi
16 aprel 2014 14:56
AZAL-ın sabiq yarımmüdafiəçisi Vladimir Boqdanoviç yeni komandasında - Moldova "Veris"ində debüt edib. Azerisport.az xəbər verir ki, serbiyalı futbolçu "Şerif"lə qarşılaşmanın iştirakçısı olub.
Qarşılaşma "Şerif"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Boqdanoviç 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Boqdanoviç AZAL-ı qışda tərk etmişdi.