Fevral və mart aylarının qəhrəmanları sabah mükafatlandırılacaq
16 aprel 2014 14:35
Sabah PFL və Topaz ölkə çempionatının fevral və mart aylarında fərqlənmiş futbolçularını mükafatlandıracaq. Azerisport.az xəbər verir ki, tədbirdə bu aylarda vurulmuş ən gözəl qolların müəllifləri də təltif olunacaq.
Qeyd edək ki, mükafatlandırma mərasimi "Fairmont Baku" otelində keçiriləcək və saat 12:00-da start götürəcək.