Ölkə çempionumuzun daha bir mütləq rəqibi müəyyənləşdi
16 aprel 2014 14:00
Növbəti mövsümdə Cəbəllütariqi ÇL-də təmsil edəcək təmsilçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ölkənin ilk çempionu adını “Linkoln Red İmps” komandası qazanıb və növbəti mövsümdə komanda ÇL-də ölkəsinin şərəfini qoruyacaq.
Xatırladaq ki, Cəbəllütariq çempionu Estoniyanın “Levadiya”, Uelsin “Nyu-Seynts”, Farer adalarının “Torshavn” komandaları, həmçinin, Şimali İrlandiya, Andorra, San-Marino və Ermənistan çempionları ilə birgə ÇL-ə birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Azərbaycan çempionu isə ÇL-ə ikinci təsnifat mərhələsindən başlayacaq. Hazırda titula “Qarabağ”ın nəzəri və praktiki şansları “İnter” və “Neftçi”dən daha yüksəkdir.