Berti Foqts: Mənim variantım Uruqvayı qane etmədi
13 aprel 2014 12:44
Millimizin baş məşqçisi Berti Foqts azerisport.az saytına açıqlamasında Uruqvay futbol federasiyasının iyun ayının 3-də Montevideoda yoldaşlıq oyunu keçirmək təklifinə imtina haqda fikirlərini bildirib:
“Uruqvay yığması ilə iyunun 3-də yoldaşlıq oyunu keçirmək haqda bizim variantımız vardı. Mənə zəng edib Uruqvaya gəlməyi təklif etdilər. Ancaq San-Fransisko ilə Montevideo arasında 10 saatlıq uçuş müddətini nəzərə alıb bundan imtina etmək qərarına gəldilər. Həmçinin, yığma oyunçularına yeni arvomövsümün başlanması ərəfəsində istirahət lazımdır. Ancaq buna rəğmən mən uruqvaylılara ABŞ-a gəlməyi və mayın 30-u ya iyunun 1-də haradasa Kaliforniyada oynamağı təklif etdim. Ancaq bu variant onları qane etmədi”.