Aleksandr Əliyev: Məni Qəbələyə deyil, başqa Azərbaycan klubuna çağırırdılar
13 aprel 2014 11:22
Mahaçqalanın “Anji” komandasının yarımmüdafiəçisi Aleksandr Əliyev bildirib ki, onu Azərbaycana Syomin çağırmayıb. Azerisport.az xəbər verir ki, Əliyev “R-sport”a bunları söyləyib:
“Məni o, çağırmayıb. Azərbaycana başqa komandaya çağırıblar. Yuri Pavloviçə isə “Qəbələ” ilə uğurlar diləyirəm. Bu, çox maraqlı layihədir”.