25 may 2013 16:34
Mindauqas Kalonas: Bakıya keçməmişəm
“Rəvan”ın yarımmüdafiəçisi Mindauqas Kalonas “Bakı” ilə müqavilə bağlaması barədə xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bu məlumatları təkzib edib:
“Bu yaxınlarda mətbuatda başqa komandaya keçdiyim barədə xəbər oxudum. Bu məlumatları təkzib etmək istəyirəm. Mən heç bir yerə getməmişəm, “Bakı” ilə müqavilə imzalamamışam. “Rəvan”ın oyunçusuyam. İyunun ortalarında Bakıya qayıdıb, komandamın sıralarına qoşulacağam. Ondan sonrasına baxarıq”.