25 may 2013 12:18
Azərbaycan Lazioya qalib gəlib, finalda Udineseyə rəqib oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Piza şəhərində təşkil olunmuş "Tuscany Football Cup 2013" turnirində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, "Lazio" klubundan olan həmyaşıdları ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, yığmamız turnir çərçivəsində keçirdiyi ilk oyunda "Empoli" komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğratmışdı. Ardından "Trevizo" klubunun 1994-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanmışdı. Beləliklə, futbolçularımız maksimum nəticə ilə qrupda birinci yeri tutmuşdu.
Yığmamız bu qələbələrdən sonra artıq finala yüksəlib. Həlledici görüşdə futbolçularımızı “Udinese” ilə sınaq gözləyir.
