25 may 2013 01:43
İnter baş məşqçisini dəyişdi
İtaliyanın “İnter” klubu baş məşqçisi Andrea Stramaççoni ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun idman direktou Marko Bransa məlumat verib.
O, bildirib ki, rəhbərlik baş məşqçinin işindən razı qalmadığı üçün bu addımı atıb.
Artıq komandanın yeni baş məşqçisinin adı da məlum olub. Klubun rəsmi saytında verilən açıqlamada "Napoli"dən ayrılan Valter Matsarri ilə iki illik müqavilə bağlandığı bildirilib.
Qeyd edək ki, 2012-ci ildə komandaya transfer olunan Stramoççoninin "İnter"lə müqaviləsi 2015-ci ildə bitəcəkdi. Lakin onun rəhbərliyi altında komanda son mövsümdə çox uğursuz çıxış etdi.
