25 may 2013 01:15
UEFA üzvü olan ölkələlərin sayı 54-ə çatdı
UEFA-ya daha bir ölkə üzv olub. Azerisport.az xəbər verir ki, Cəbəllütariq qurumun 54-cü üzvü seçilib.
Cəbəllütariq Piriney yarımadasında yerləşir və Böyük Britaniya ilə İspaniya arasında mübahisəli ərazidi. BMT Cəbəllütariqi müstəqil dövlət kimi tanımasa da, UEFA bu ölkəni üzvlüyə qəbul edib. İspaniyanın məsələyə sərt reaksiya verəcəyi gözlənilir.
Qeyd edək ki, Cəbəllütariq yığması AÇ-2016-nın seçmə mərhələsinə qatılacaq.
