25 may 2013 00:22
Simurq ilk rəsmi transferini təqdim etdi (FOTO)
Növbəti mövsüm üçün heyəti yenidən kompleksləşdirməyə başlayan "Simurq" ilk rəsmi transferini gercəkləşdirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu gənc futbolçu Orxan Səfiyaroğlu ilə rəsmi müqavilə imzalayıb.
Artıq bölgə klubu rəsmi saytı vasitəsilə bu transferini ictimaiyyətə də açıqlayıb. Yarımmüdafiəçi növbəti iki il ərzində Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. Orxan bu komandanın heyətində 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Orxan ötən mövsüm AZAL-ın heyətində çıxış edirdi.
