24 may 2013 00:24
UEFA-dan irqçiliklə bağlı sərt qərarlar
Bolqarıstanda UEFA İdarə Heyətinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri bir sıra önəmli qərarlar qəbul edib.
Son aylarda yaşıl meydanlarda artan irqçilik olaylarını müzakirə edən İdarə Heyəti açıqlama yayaraq, bu cür hərəkətlərə yol verənlərə güzəşt edilməyəcəyini bildirib. İrqçi hərəkətlərə yol verən futbolçulara 10 oyunluq cəza veriləcəyini açıqlayan UKFA hakimlərə qarşı fiziki təzyiq edənlərin də cəzasını artırıb. Bundan sonra hakimə qarşı fiziki təzyiq göstərən futbolçulara 15 oyunluq cəza veriləcək.
İdarə heyətinin digər bir qərarı oyun alveri ilə bağlıdı. UEFA ölkə federasiyalarının oyun alqı-satqısı, dopinq və stimullaşdırmaya görə yetərli cəzaları verməyəcəyi halda müdaxilə edəcəyini və özü cəza verəcəyini açıqlayıb.
UEFA-nın açıqlamasında həmçinin bildirilir ki, idmançıların dopinqdən istifadəsinin qarşısını almaq üçün gələcəkdə “bioloji pasport” sistmi tətbiq oluna bilər.
