22 may 2013 15:27
“İki il öncə təsəvvür edə bilməzdim ki, Azərbaycan millisində oynayacağam”
Futbol üzrə Azərbaycan yığmasının və “Sumqayıt”ın hücumçusu Pərdis-Fərcad Azad Almaniya mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Artıq bir ildi Azərbaycan Premyer Liqasında çıxış edirsiniz. Yerli və Almaniya klubları arasında fərqlər var?
- Komandamız demək olar ki, tamamilə gənc futbolçulardan ibarətdi. Burda həqiqətən istedadlı uşaqlar cəmləşib. Buranın insanları da çox yaxşıdı.

- Bəs komanda yoldaşlarınızla hansı dildə danışırsız, necə ünsiyyət qürursuz?
- Azərbaycan dilində. Artıq bir ildi burdayam və nələrisə öyrənmişəm. Ona görə də ünsiyyət qurmaqda çətinlik çəkmirəm.

- Azərbaycan yığmasında debütünüz necə baş tutdu?
- Çempionatda “Sumqayıt” üçün vacib qollar vururdum, pis oyun sərgiləmirdim. Şübhəsiz ki, çıxışımı diqqətlə izləyirdilər. Prinsipcə, mənim ailəm Azərbaycandandı, nənəm Bakıda anadan olub. Elə “Sumqayıt”a keçməyimdə də həlledici məqam məhz yığmada oynamaq perspektivi oldu. Təbii ki, heç bir futbolçu belə bir şansı əldən qaçırmazdı. Ötən ilin noyabrında baş məşqçi Berti Foqts məni də yığmaya dəvət etdi. Orda da özümü yaxşı tərəfdən göstərə bildim. Nəticədə o, məni Dubay toplanışına da apardı. Ardından da DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutan Lüksemburq və Portuqaliya ilə oyunların iştirakçısı oldum.

- Ondan öncə Berti Foqtsu tanıyırdınız?
- Şübhəsiz. Şəxsən tanımasam da, istənilən futbolu azarkeşi kimi, Foqtsu tanımamağım mümkün deyildi. O, Almaniya yığmasına sonuncu dəfə titul qazandırmış mütəxəssis kimi yaddaşlarda qalıb. Bəxtim gətirib ki, onunla tanış ola bilmişəm. Vaxtilə yaxşı futbolçu idi, indi isə yaxşı məşqçidi.

- İki il öncə təsəvvür edə bilərdiniz ki, Azərbaycan yığmasında oynaya bilərsiz?
- Xeyr. Heç vaxt düşünməzdim ki, 30 min azarkeşin gözü qarşısında Portuqaliyaya qarşı oynamaq şansı qazanacağam. İndi isə daha da inkişaf etmək, yığmanın aparıcı oyunçularından biri olmaq, oyunumla, qollarımla komandama kömək etmək istəyirəm.