21 may 2013 17:51
Böyükağa Hacıyev: Onlar Neftçinin sponsoru olsa, biz ÇL-in qrup mərhələsinə çıxarıq
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin kollektivi bu gün “Azercell” şirkətinin prezidenti Kiril Qaburiçlə görüşüb. Azerisport.az xəbər verir ki, şirkət rəhbəri komandanın üzvlərini, məşqçilərini növbəti çempionluq münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra komandanın üzvləri “Azercell”in ofisinin yanında inşa olunan yeni futbol meydançasının açılışında iştirak ediblər. Tədbir zamanı “ağ-qaralar”ın baş məşqçisi Böyükağa Hacıyev maraqlı təklif və istəklə çıxış edib. O, zarafatla bunları bildirib:
“Əgər “Azercell” bizim sponsorumuz olsa, “Neftçi” Çempionlar Liqasının qrup mərhələsinə çıxar. Hamı bilir ki, mən nəyisə deyirəmsə, o olur”.
“Əgər “Azercell” bizim sponsorumuz olsa, “Neftçi” Çempionlar Liqasının qrup mərhələsinə çıxar. Hamı bilir ki, mən nəyisə deyirəmsə, o olur”.
Hacıyevin bu açıqlamasına AFFA-nın baş katibi Elxan Məmmədov da dəstək verib: “Mən də Hacıyevin sözlərini təsdiqləyə bolərəm. Doğrudan da o, nəyə söz verirsə, adətən onu edir”.
