21 may 2013 13:47

Əfran İsmayılov: Mən Qarabağda da az qazanmırdım

“Qarabağ”la yollarını ayıran futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov tezliklə “Bakı”nın futbolçusu olacaq. Bunu azerisport.az saytına müsahibəsində futbolçunun özü bəyan edib:

“Artıq bu həftə “Bakı”nın futbolçusu olacaq. Dünən “Qarabağ”dan mənə bildirdilər ki, artıq azad agentəm. Mənim başqa variantlarım da var idi. Amma mən məhz “Bakı”ya üstünlük verdim. Bütün məsələləri razılaşdırmışıq. Yalnız müqavilə bağlamaq qalır. İki illik müqavilə bağlamaqla bağlı razılıq əldə etmişik”.
 
İsmayılov son həftələrdə müəyyən şəxsi problemlərlə üzləşsə də, artıq hər şeyin geridə qaldığını deyir: “Artıq bu problemləri yoluna qoymuşam. İndi bir qədər sakitəm”.

Əfran müqavilənin maliyyə şərtlərini açıqlamaq istəməyib: “Mən “Qarabağ”da da az qazanmırdım. Amma təbii ki, “Bakı”nın şərtləri daha yaxşıdı. Baxmayaraq ki, karyeramı bu klubda davam etdirmək istəyimin əsasını heç də pul təşkil etmir. Sadəcə, hiss edirəm ki, yeni sınaq lazımdı. “Bakı”  da mənim üçün belə bir sınaq olacaq”.
 
Yarımmüdafiəçi bu mövsüm Avropa Liqasında iştirakdan məhrum olmasına da münasibət bildirib: “Mən bu yayı istirahət etmək istəyirəm. Dəniz, qum, çimərlik. Yeni mövsümə daha yaxşı başlamaq üçün güc toplamaq istəyirəm. Belə demək olar ki, Avropa Liqasından qaçdım. “Qarabağ”da qala bilərdim. Amma dediyim kimi, indi dəyişikliyə ehtiyac duydum. Ola bilər ki, nə vaxtsa yenidən bu komandaya qayıtdım”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.