21 may 2013 11:32

Ansi Aqolli: Avroliqanın qrup mərhələsinə yüksəlmək üçün bir qədər də bəxt lazımdı

“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ” mövsümü ikinci pillədə, gümüş medallarla başa vurdu. Bu nəticəni normal hesab edirsiz?
- Biz bu mövsümü çox yaxşı keçirdik. Əlbəttə, çempion olmağa çalışırdıq. Amma futbolda hər şey olur. Biz digərlərindən daha yaxşı oyun sərgilədik. Baxmayaraq ki, çempion ola bilmədik. Bütövlükdə, gümüş medallara sahib çıxmağımız da bir uğurdu və buna sevirinirik.
 
- Sizcə, “Qarabağ”ın birinci yeri tutmasına nə mane oldu?
- Hər oyun epizodlardan ibarətdi. Biz də bəzi epizodlarda səhvlərə yol verdik və bu, bizi çempionluqdan məhrum etdi. Növbəti mövsümdə biz bu səhvləri təkrarlamamağa çalışacağıq.
 
- Çoxları “Qarabağ” üçün qırılma nöqtəsi kimi “Neftçi”yə son məğlubiyyəti göstərir...
- Şübhəsiz ki, həmin oyun çox vacib əhəmiyyət daşıyırdı. Amma biz əvvəlki oyunlardan da bəzilərində məğlub olmuşduq. Halbuki, həmin görüşləri də qalib başa vurmağa borclu idik.

- Bu yaxınlarda klubla yeni müqavilə bağladınız. Maraqlıdı, başqa təkliflər də var idi?
- Fikrimcə, artıq “Qarabağ”la müqavilə imzalamışamsa, başqa təkliflərin olub-olmamasının heç bir əhəmiyyəti yoxdu.
 
- “Qarabağ” yenidən Avropa Liqasında mübarizə aparacaq. Bu mövsümdən nə gözləyirsiz?
- Mən çox ümid edirəm ki, biz bu dəfə Avropa Liqasının qrup mərhələsinə yüksələ biləcəyik. Amma bunun üçün bir qədər bəxtimizin də gətirməsi vacibdi. Məsələn, yenidən Dortmund “Borussia”sı kimi klublara rəqib olmağımızı istəməzdim.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.