20 may 2013 16:17

Bruno Bertuççi: Nə vaxtsa Braziliya yığmasına çağırılacağıma ümidliyəm

“Neftçi”nin müdafiəçisi Bruno Bertuççinin azerisport.az saytına müsahibəsi
 
- Azərbaycandakı ilk mövsümünüzü çempion kimi başa vurdunuz. Özünüzü necə hiss edirsiz?
- Mən özümü çox, lap çox xoşbəxt hiss edirəm. “Neftçi”dəki ilk mövsümümdə qızıl medalları qazandım. Bu, təkcə mənim yox, bütün komanda üçün çox yaxşıdı. Çünki komandamız ardıcıl üçüncü dəfədi belə uğura imza atır.
 
- Bəs bu bir il sizin yadınızda hansı təəssüratlarla qaldı?
- Azərbaycan çempionatı kifayət qədər maraqlı birincilikdi. Xüsusilə çempionatın axırı daha maraqlı keçdi. Ona görə də burda olduğuma görə xoşbəxtəm.

- “Bakı”ya məğlubiyyət sizi üzmədi?
- Bu oyun heç bir əhəmiyyət daşımırdı. Məğlub olsaq da, çempionuq. Belə oyunlarda hər şey ola bilər. Həm də “Bakı” bu gün yaxşı oynadı.
 
- Siz mövsümün bəzi qismini zədə səbəbindən buraxmalı oldunuz. İndi səhhətiniz nə yerdədi?
- Çiynimdə hələ də müəyyən ağrılar var. İndi çempionluğumuzu bayram edirik. Bundan sonra müalicə almağa vaxtım olacaq.
 
- Qarşıda komandanı “Xəzər Lənkəran”la kubokun final oyunu gözləyir...
- Çempionluqla yanaşı kuboku da qazanmağımız çox yaxşı olardı. Bilirəm ki, bu oyun prinsipial əhəmiyyət daşıyır. Azarkeşlər üçün bu, “Böyük oyun”du. Belə bir matçda qələbə qazanmaq heç də asan deyil. Amma biz maksimum gücümüzü qoyub, kuboku da qazanmaq istəyirik.
 
- Kuboku qazanmaq üçün motivasiya qalıb?
- Motivasiya kifayət qədər yüksəkdi. Əlbəttə, ola bilər ki, çempion olmağımız, Çempionlar Liqasına vəsiqə qazanmağımız bizim bu oyuna arxayın çıxacağımız haqda təsəvvür yaratsın. Amma belə deyil. Biz qızıl dubla imza atmaq istəyirik.
 
- Ötən mövsüm Avropa Liqasında tarix yazan komandanızdan bu il də eyni uğuru Çempionlar Liqasında təkrarlaması gözlənilir...
- Biz də çox ümid edirik ki, bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynamaq şansı qazanacağıq.
 
- Sizin çıxışınızı Braziliyada izləyirlərmi? Yığmaya dəvət gözləyirsiz?
- Təəssüflər olsun ki, bilmirəm. Sonuncu dəfə 2009-cu ildə gənclərdən ibarət yığmada oynamışam. Həmin komanda ilə dünya çempionu olduq. Ümid edirəm ki, çıxışımı izləyirlər. Nə vaxtsa yenidən yığmaya çağırılacağıma ümidliyəm. Baxmayaraq ki, buna nail olmaq çox çətin görünür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.