20 may 2013 15:23
Bakı Bojidar Bandoviçi ispan məşqçi ilə əvəzləməyə hazırlaşır
Bu həftə “Bakı” futbol klubunun mövsümün yekunlarına həsr olunmuş toplantısı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplantıda klub prezidenti Hafiz Məmmədov da iştirak edəcək.
Klub rəhbərliyi komanda üzvləri, məşqçilər korpusu ilə birgə cari mövsümdəki uğursuzluqların səbəblərini araşdırmağa çalışacaqlar. Toplantıda komandanın baş məşqçisi Bojidar Bandoviçin, eləcə də əksər futbolçuların gələcək taleyinə də aydınlıq gəlmiş olacaq. Düzdü, serbiyalı mütəxəssislə daha bir illik müqavilə qüvvədədi. Amma bu, qarşılıqlı razılıq əsasında ləğv oluna bilər.
Yeni mövsümdən isə “Bakı”nın ispaniyalı mütəxəssisə tapşırılması gözlənilir. Lakin hələlik komandanın konkret kimə tapşırılacağı məlum deyil.
