21 may 2013 00:15

Kubokun finalçıları üçün uğursuz son tur

Topaz Premyer Liqasında cari mövsümə yekun vuruldu. Azerisport.az xəbər verir ki, sonuncu – 32-ci turun ilk oyun günündə birinci, son gündə isə ikinci altılığın qarşılaşmaları baş tutdu.
 
Bütün nəticələr əvvəlki turda məlum olduğundan bu tur heç bir əhəmiyyət kəsb etmirdi. İlk matç “Şəfa” stadionunda baş tutdu. “İnter” öz meydanında “Qəbələ”ni qəbul etdi. İlk hissə qolsuz başa çatsa da, ikinci hissənin son dəqiqələrində “bankirlər” rəqib qapısına yol tapa bildi. Ramil Mansurov matçın 87-ci dəqiqəsində hesabı açaraq komandasına qələbə qazandıran topu vurdu. Nəticədə “Qəbələ”nin ilk altılığın sonuncusu olmamaq arzuları da baş tutmadı.
 
Növbəti qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu. “Qarabağ” öz meydanında “Simurq”la münasibətlərinə aydınlıq gətirdi. 90 dəqiqənin sonunda komandalar hərəyə bir xalla kifayətlənməli oldular. Baxmayaraq ki, bu görüşün nəticəsi onsuz da heç nəyi dəyişmirdi.
 
Mövsümün sonuncu Bakı derbisi “Bakcell Arena”da baş tutdu. “Neftçi” doğma azarkeşlər önündə “Bakı” ilə münasibətlərinə aydınlıq gətirdi. İlk hissə qolsuz bərabərliklə başa çatdı. İkinci hissədə qonaqlar hesabı açmağa nail oldular. Matçın 76-cı dəqiqəsində Horvat cərimə zərbəsindən “ağ-qaralar”ı məyus etməyi bacardı. Qarşılaşma bu hesabla da başa çatdı.
 
AZAL mövsümə darmadağınla “əlvida” dedi. Premyer Liqadan gedən “Kəpəz”i qəbul edən “təyyarəçilər” 4:0 hesablı qələbə qazandılar. Beləcə, təyyarəçilər mövsümün sonunadək qələbə seriyasını davam etdirməyi bacardı.
 
Premyer Liqanı tərk etmiş digər komanda “Turan” “Sumqayıt”ı qəbul etdi. Hesabı 15-ci dəqiqədə penaltidən Ender Günlü açdı. 2 dəqiqə sonra isə David Janalidze fərqləndi. Fasilədən sonra hakim “Turan”ın da qapısına penalti təyin etdi. Nəticədə Ruslan Qurbanov fərqi azaltdı. Lakin bundan sonra oyunda qol olmadı və “Turan” Premyer Liqadakı son oyununda qələbə qazandı.
 
Tura və mövsümə Lənkəranda yekun vuruldu. Premyer Liqanın son oyununda “Xəzər Lənkəran” “Rəvan”ı qəbul etdi. Hesabı qonaqlar açdılar. Görüşün sonlarında “Rəvan”dan Ramil Həşimzadə qırmızı vərəqə aldı. Bundan az sonra “Xəzər Lənkəran” bərabərliyi təmin etdi. Lakin “Rəvan” qələbə qolunu vura bildi. 84-cü dəqiqədə komandanın litvalı bombardiri Mindauqas Kalonas fərqləndi. Bu həm də Premyer Liqada mövsümün son qolu oldu. “Rəvan” qələbə sayəsində mövsümü 8-ci, “Xəzər Lənkəran” 9-cu pillədə başa vurdu.
 
Qeyd edək ki, Premyer Liqa artıq başa çatsa da, mövsümə mayın 28-də keçiriləcək “Neftçi” və “Xəzər Lənkəran” arasındakı kubokun final matçı ilə yekun vurulacaq. Hansı ki, hər ikisi çempionatı məğlubiyyətlə başa vurdular.
 
Topaz Premyer Liqası
32-ci tur
 
QARABAĞ – SİMURQ - 0:0 (0:0)
Sarı vərəqələr:  Toğrul Bilallı, 58 (qeyri-idman hərəkəti) - Dilaver Zrnanoviç, 45 (qeyri-idman hərəkəti); Rasim Ramaldanov, 84 (qeyri-idman hərəkəti); Nenad Kiso, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, İsgəndər Əliyev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor:  Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
19 may 2013. Bakı. T. Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı.
QARABAĞ: 1. Fərhad Vəliyev (k), 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Branimir Subaşiç, 18. İlqar Qurbanov, 24. Admir Teli, 25. Ansi Aqolli, 27. Elvin Musazadə (17. Vüqar Nadirov, 46), 32. Toğrul Bilallı (9. Tural İsgəndərov, 64), 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov (15. Emeka Opara, 64).
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 3. Kamil Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç (15. Stepan Polyak, 58), 6. Anderson Oliveyra, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 13. Aleksandr Şemponayev, 20. Rəşad Eyyubov (62. Cavad Kazımov, 85), 21. Murad Səttarlı (10. Zdravko Popoviç, 71), 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 17. Rüstəm Məmmədov, 35. Arzuman Nəsibov, 66. Ruslan Getman.
Məşqçi: İqor Getman.
 
İNTER – QƏBƏLƏ - 1:0 (0:0)
Qol: Ramil Mansurov, 87 (1:0)
Sarı vərəqələr:  İbrahima Niasse, 40 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 79.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
19 may 2013. Bakı. “Şəfa” stadionu. 1500 tamaşaçı.
İNTER: 1. Georgi Lomaya (k), 5. Slavço Georgievski, 20. Brüs Abdullay, 25. İbrahima Niasse, 7. Ruslan Əmircanov, 18. İliya Kandelaki, 47. Abdulla Abatsiyev (77. Ramil Mansurov, 70), 87. İlqar Ələkbərov, 30. Yuri Fomenko (9. Daniel Genov, 46), 28. Baçana Sxadadze (91.  Leonardo Roşa, 77), 11. Asif Məmmədov.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 15. Cəmil Hacıyev, 29. Ruslan Cəfərov, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Kaxaber Sxadadze.
QƏBƏLƏ: 30. Anar Nəzirov, 6. Nikola Valentiç, 8. Kristian Pulhak (99. Amil Yunanov, 61), 14. Mustafa Dabo, 15. Omar Kalaban, 21. Elmar Baxşıyev (k), 23. Şəhriyar Xəlilov (19. Rövşən Əmiraslanov, 59), 34. Ürfan Abbasov, 35. Tərzin Cahangirov, 37. Kamal Mirzəyev (11. Yannik Kamanan, 64), 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 5. Luka Zinko, 28. Müşfiq Teymurov, 31. Ramazan Həsənov.
Baş məşqçi: Luis Araqon.
 
NEFTÇİ – BAKI - 0:1 (0:0)
Qol: L.M.Horvat, 75 (0:1)
Sarı vərəqələr:  Mirhüseyn Seyidov, 56  (düzgün olmayan sürüşmə fəndi); Bruno Bertuççi, 75 (hakimin qərarına etiraz) - Şəhriyar Əliyev, 12 (hakimin qərarına etiraz); Kamran Ağayev, 60 (qeyri-idman hərəkəti); Edemir Rodriqes, 82 (rəqibi tutduğuna görə); Cavid Hüseynov, 88 (rəqibi tutduğuna görə).
Qırmızı vərəqə: Denis Silva Kruz, 60 (rəqibə əl ilə zərbə).
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Namiq Hüseynov, Ömər Paşayev.
Əlavə köməkçilər: Fariz Yusifov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor:  Xaqani Məmmədov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
19 aprel 2013. Bakı. “Bakcell Arena”. 7000 tamaşaçı.
NEFTÇİ: 12. Emil Balayev, 3. Denis Silva Kruz, 9. Flavinyo, 10. Julius Vobay (14. Bahodir Nasimov, 86), 11. Nikolas Kanales, 15. Erik Fabian Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (k) (17. Araz Abdullayev, 70), 25. Cavid İmamverdiyev (4. Tərlan Quliyev, 63), 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 2. Xose Luis Kabion, 8. Elşən Abdullayev, 20. Eşqin Quliyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
BAKI: 1. Kamran Ağayev (k), 2. Edemir Rodriqes, 3. Denis İvanov, 25. Şəhriyar Əliyev, 27. George Popxadze, 10. Lukas Mario Horvat (18. Vadim Abdullayev, 90+1), 7. Deyvidas Çesnauski (17. Mario Rubio, 74), 77. Aleksandar Soliç (8. Xavyer Junior Vilson, 85), 88. Cavid Hüseynov, 11. Elvin Məmmədov, 24. Marius Pena.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 22. Risto Ristoviç, 19. Nurlan Novruzov, 36. Uinston Parks.
Baş məşqçi: Bojidar Bandoviç.
 
TURAN – SUMQAYIT - 2:1 (2:0)
Qollar: Ender Günlü, 15-pen (1:0), David Janalidze, 17 (2:0), Ruslan Qurbanov, 55 (2:1)
Sarı vərəqələr: Dmitri Pospelov, 51 (qeyri-idman hərəkəti); Rəşad Hacızadə, 55 (qeyri-idman hərəkəti); Ender Günlü, 63 (qeyri-idman hərəkəti); David Janalidze, 80 (oyunun bərpasını gecikdirdiyi üçün) - Elçin Sadıqov, 14 (qeyri-idman hərəkəti); Xəyal Mustafayev, 19 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 30 (qeyri-idman hərəkəti); Taner Taktak, 48 (qeyri-idman hərəkəti); 82 (qeyri-idman hərəkəti); Emin Cəfərquliyev, 79 (perspektivli hücumun qarşısını aldığına görə); Məhəmməd Mirzəbəyov, 85 (simulyasiya).
Qırmızı vərəqə: Taner Taktak, 82.
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor:  Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 4 dəq.; II hissədə - 4 dəq.
20 aprel 2013.Bakı. “Dalğa Arena”. 100 tamaşaçı.
TURAN: 27. Natiq Səhrətov, 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 4. Vüqar Bəybalayev (25. Antonio Rukavina, 46), 5. Vasif Rzayev, 7. Azər Məmmədov, 10. Ender Günlü (k), 17. Fərmayıl Əliyev (11. Salif Ballo, 58), 20. David Janalidze, 22. Rəşad Hacızadə (21. Elşad Manafov, 62), 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 1. Kamal Bayramov, 6. Mikayıl Rəhimov, 16. Əbülfət Abbasov, 24. Orxan İsmayılov.
Baş məşqçi: Əfqan Talıbov.
SUMQAYIT: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev (k), 6. Taner Taktak, 11. Sabir Allahquliyev (17. Emin Cəfərquliyev, 75), 13. Murad Ağayev (8. Aqşin Muxtaroğlu, 46), 22. Xəyal Mustafayev (77. Mirzəağa Hüseynpur, 30), 21. Məhəmməd Mirzəbəyov, 86. Can Akgün, 91. Ruslan Qurbanov, 95. Murad Doymuş.
Ehtiyat oyunçular: 55. Tərlan Əhmədli, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernhard Raab.
 
AZAL – KƏPƏZ - 4:0 (3:0)
Qollar: Viktor İqbekoyi, 5 (1:0), Ruslan Tağızadə, 26 (2:0), Viktor İqbekoyi, 30 (3:0), Oskar Klava, 72 (4:0)
Sarı vərəqə: Alan Soltanov, 16  (perspektivli hücumun qarşısını kəsdiyinə görə).
Hakimlər: Ramil Əhmədov, Mübariz Haşımov, Elşən Acalov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor:  Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 4 dəq.; II hissədə - 4 dəq.
20 aprel 2013. Bakı. “AZAL Arena”. 250 tamaşaçı.
AZAL: 27. Ruslan Məcidov, 2. Xuan Fransisko (14. Habil Nurəhmədov, 43), 4. Xose Junior Aylton, 15. Oskar Klava, 16. Junior Nildo (25. Elgün Abbaslı, 66), 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç (7. Cavid Tağıyev, 78), 22. Ruslan Tağızadə, 23. Tural Nərimanov, 32. Vladimir Boqdanoviç, 99. Orxan Həsənov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 19. Orxan Səfiyaroğlu, 37. Andrius Veliçka, 77. Saşa Yunisoğlu.
Baş məşqçi: Vaqif Sadıqov.
KƏPƏZ: 22. Tural Abbaszadə, 2. Cəmşid Məhərrəmov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev (11. Vüsal İbrahimov, 87), 9. Alan Soltanov, 14. Elxan Əzizov, 15. Şahin Kərimov (k), 20. Emin Əliyev (27. Kamran Babayev, 63), 29. Georgi Sepiaşvili, 30. Vladislav Serebryakov (23. Ravil Müslümov, 75), 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. Ramil Kərimov, 6. Elmar Əhmədov, 17. Nicat Əliyev, 25. Tural Dadaşov.
Baş məşqçi: Mahmud Qurbanov.
 
XƏZƏR LƏNKƏRAN – RƏVAN - 1:2 (0:1)
Qollar: Miloş Adamoviç, 23 (0:1), Gökhan Güleç, 70 (1:1), Mindauqas Kalonas, 89 (1:2)
İstifadə olunmamış penalti: Gökhan Gülec, 68.
Sarı vərəqələr:  Ağabala Ramazanov, 61 (qeyri-idman hərəkəti) - Ramil Həşimzadə, 60 (qeyri-idman hərəkəti); 68 (qeyri-idman hərəkəti); Samuel Barlay, 63 (qeyri-idman hərəkəti); Mindauqas Kalonas, 72 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Ramil Həşimzadə, 68.
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Azər Əsgərov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor:  Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
20 aprel 2013. Lənkəran şəhər stadionu. 3000 tamaşaçı.
XƏZƏR LƏNKƏRAN: 30. Toni Doblas, 3. Vanderson Skarduelli (24. Gökhan Güleç, 52), 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas (97. Elnur Cəfərli, 55), 14. Rahid Əmirquliyev (k), 21. Radomir Todorov, 55. Ağabala Ramazanov (99. Marin Orsuliç, 66).
Ehtiyat oyunçular: 25. Orxan Sadıqlı, 9. Uğur Pamuk, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Con Toşak.
RƏVAN: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov (k), 7. Ramil Həşimzadə, 10. Mindauqas Kalonas, 14. Xuan Manuel Varea (22. Tofiq Mikayılov, 67), 15. Tural Cəlilov (17. Ramazan Abbasov, 58), 16. Orxan Lalayev, 18. Samuel Barlay, 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 25. Ayaz Mehdiyev (6. Anar Həsənov, 89).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 3. Cəmil Rəhimli, 11. Əli Əliyev, 28. Emin Mustafayev.
Baş məşqçi: Ramil Əliyev.
 
1 Neftçi 32 19 5 8 59 32 +27 62
2 Qarabağ 32 16 11 5 43 26 +17 59
3 İnter 32 16 9 7 38 22 +16 57
4 Simurq 32 12 12 8 32 26 +6 48
5 Bakı 32 9 14 9 33 27 +6 41
6 Qəbələ 32 10 8 14 32 40 –8 38
 
1 AZAL 32 16 9 7 57 32 +25 57
2 XL 32 10 10 12 40 37 +3 40
3 Rəvan 32 12 4 16 46 54 –8 40
4 Sumqayıt 32 9 8 15 31 49 –18 35
5 Turan 32 8 6 18 34 59 –25 30
6 Kəpəz 32 5 4 23 23 64 –41 19

Bombardirlər:
26 - Nikolas Kanales (Neftçi)
21 - Franko Nildo (AZAL)
14 - Xuan Manuel Varea (Rəvan)
13 - Riçard Almeyda (Qarabağ)
12 - Salif Ballo (Turan)
9 - Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Yuri Fomenko (İnter), Baçana Sxadadze (İnter), Julius Vobay (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.