Novruz Əzimov: Heyətə ancaq azərbaycanlı futbolçuların adı salınacaq
29 aprel 2013 20:02
“Bakı”nın idman direktoru Novruz Əzimov sabah İspaniyanın “Atletico” klubuna qarşı keçirəcəkləri yoldaşlıq oyununa dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Klub rəhbərliyi komandaya rəhbərlik etməyi mənə tapşırdı. Amma bir oyunluq. Mən heyətə ancaq azərbaycanlı futbolçuları daxil etmək istəyirəm. Həm əsas, həm də əvəzedici komandanın üzvlərini heyətə salacam. Hətta 1996-97 il təvəllüdlü futbolçular da olacaq. Görüşün necə keçəcəyini deyə bilmərəm. Hər iki komanda qələbəyə oynayacaq. Deməzdim ki, bu, sadəcə şou olacaq. Həm də bizim futbolçular o səviyyədə deyil ki, “Atletico” ilə oyunda şou göstərsinlər. Amma maraqlı oyun gözləyirəm”.