18 may 2012 01:34
Azərbaycan kubokunun bombardiri müəyyənləşdi
Azərbaycan kubokunun 2011/12 mövsümündə qapılara 58 qol vurulub. Azerisport.az xəbər verir ki, yarımçıq qaldığı üçün texniki nəticə qeydə alınan “İnter” – “Turan” matçı nəzərə alınmamaqla baş tutan 25 oyunda orta məhsuldarlıq 2,32 qol olub.
Bu 58 qolu 47 futbolçu vurub. Yalnız “Bakı”nın futbolçusu Xavyer Junior Vilson cari mövsümün kubok oyunlarında 3 qol vurmağı bacarıb. “Neftçi” ilə final oyununda vurduğu qol onu turnirin ən məhsuldar futbolçusu edib. Kubokun bombardiri hərəyə 2 qol vuran 9 futbolçunu finaldakı uğuru sayəsində arxada qoyub.
1-dən artıq qol vuran 10 futbolçudan başqa daha 37 oyunçu hərəyə 1 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Junior bunadək AZAL-la 1/4 final mərhələsinin cavab oyununda fərqlənmişdi. O, həmin oyunda 2 qol vurmuşdu.
|
yer
|
futbolçu
|
klubu
|
Qol(penalti)
|
oyun
|
|
1
|
Junior Xavyer Vilson
|
Bakı
|
3
|
6
|
|
2
|
Röyal Nəcəfov
|
Şuşa
|
2
|
1
|
|
3
|
Fair Əmirquliyev
|
Şahdağ
|
2
|
2
|
|
4
|
Rendall Brenes
|
Xəzər Lənkəran
|
2
|
2
|
|
5
|
Ceyhun Sultanov
|
Kəpəz
|
2
|
3
|
|
6
|
Yuri Fomenko
|
Kəpəz
|
2
|
3
|
|
7
|
Katalin Doman
|
Xəzər Lənkəran
|
2
|
3
|
|
8
|
Bahodir Nasimov
|
Neftçi
|
2
|
5
|
|
9
|
Kontreras Pardo Sergio
|
Bakı
|
2
|
5
|
|
10
|
Serj Cehua
|
Qəbələ
|
2 (1)
|
1
|
