18 may 2012 00:45

Uğursuzdan uğurlu sonluq

Azərbaycanda futbol mövsümü nəhayət ki, başa çatdı. Mövsümün son oyununda - Azərbaycan kubokunun final qarşılaşması çərçivəsində “Neftçi” və “Bakı” klubları üz-üzə gəldi.
 
Qarşılaşma başlamazdan öncə azarkeşlər üçün sevimli müğənnilərin – Röya ilə Aygün Kazımova və meyxanaçılar – Pərviz Bülbülə ilə Rəşad Dağlının iştirakı ilə şou-proqram keçirildi. Azarkeşlərin böyük marağına səbəb olan möhtəşəm şou-proqram “Dalğa Arena”da əsl “futbol bayramı” əhval-ruhiyyəsi yaratdı.
 
Lakin əsl şou final qarşılaşmasına baş hakim təyin edilən Əliyar Ağayevin start fiti veriləndən sonra başladı. Həlledici oyuna daha çox “Neftçi” fəal başlasa da, ilk qol “Bakı”dan gəldi. Koke erkən qolla son ölkə çempionunu şoka saldı. Bu qol paytaxtın eyni adlı klubunun daha inamlı oynamasına şərait yaratdı. “Neftçi”nin daha böyük qüvvəylə irəli atılması “zolaqlılar”ın əl-qolunu bir qədər də açdı. Nəticədə çox keçməmiş “Bakı” daha bir qol vurmağa nail oldu. Juniorun qolu kubokun bəzəyinə çevrildi desək, yəqin ki, yanılmarıq.
 
Təbii ki, iki qoldan sonra “Bakı” tam olaraq hesabı qorumağa və yalnız fürsət düşdükcə hücum haqda düşünməyə başladı. Bu mənada onsuz da oyuna zədəli çıxan Uinston Parksın elə ilk yarıdaca növbəti dəfə zədələnməsi də öz sözünü dedi. Lakin nə qədər qəribə olsa da, o, yalnız fasilədən az sonra əvəzləndi. Onun kimi meydana zədəli çıxan Aleksandr Şoliç, Junior Osvaldo isə qələbədə daha çox pay sahibi olmağı bacardılar.
 
“Neftçi”də də bu oyun öncəsi itki var idi. Amma “ağ-qaralar”ın itkisi sadəcə Bahodir Nasimovla məhdudlaşsa da, komanda üçün baha başa gəldi. Məsələ burasındadı ki, Premyer Liqanın bombardirinin yoxluğunda “Neftçi” demək olar ki, hücumları zamanı istəyinə nail ola bilmədi. Düzdü, özbəkistanlı forvard matçın sonlarında döyüşə atılsa da, gec idi və onun da müəyyən cəhdlərinə rəğmən, komandası məğlubiyyətdən xilas ola bilmədi.

Beləcə, Premyer Liqada mövsümü boşa verən “Bakı” kuboku başı üzərində qaldırmaqla həmin uğursuzluğu unutdurmağı bacardı. “Zolaqlılar” eyni zamanda Avropa Liqasına qazanılan vəsiqənin də layiqli olduğunu isbatlamış oldular. “Neftçi” isə görünür Premyer Liqadakı zəfərindən sonra kuboka lazımınca köklənə bilmədiyi üçün “qızıl dubl”a imza atmaq şansını qaçırdı. Halbuki, bu məqamın “ağ-qaralar”a mənfi təsiri ilə yanaşı, əks təsir göstərəciyini düşünənlər də vardı. Çünki çempionluq bu komandadakı atmosferi daha da yaxşılaşdıra bilərdi ki, növbəti uğuru qazanmağa da yardımçı olsun. Lakin göründüyü kimi, Böyükağa Hacıyevin komandası Premyer Liqadakı uğurunun davamını gətirməyi, klubun 75 illiyinə “qızıl dubl”la töhvə verməyi bacarmadı. “Bakı” isə titula daha ac olduğundan ölkə çempionunu məğlub etməyi bacardı.
 
Maraq üçün qeyd edək ki, “Neftçi” və “Bakı” indiyədək bu yarışda üz-üzə gəlməmişdilər. Kubokun 20 illik tarixi ərzində 402 müxtəlif cüt bir-biri ilə qarşılaşmışdı. Lakin bu cütlər arasında “Neftçi” – “Bakı” cütü yox idi və bu dəfə sözügedən “sindroma” son qoyuldu. Daha bir maraqlı məqam kubokun final oyununun ilk dəfə “Dalğa Arena”da keçirilməsi oldu. İndiyədək yalnız 3 stadion həlledici qarşılaşmalara ev sahibliyi etmişdi. Bunlar Tofiq Bəhramov adına Respublika stadionu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “Şəfa” stadionu idi. Yeni arena bu siyahıda 4-cü oldu. Mayın 17-dəki final Azərbaycan kubokunun 20-ci həlledici qarşılaşması oldu. “Neftçi” 7-ci, “Bakı” 3-cü dəfə finalı oynadı. “Neftçi” finalda 2 dəfə uduzsa da 5 qat kubok sahibi olmaqla rekordçudu. “Bakı” isə artıq üçüncü final oyununda da uduzmamaqla inanılmaz uğura imza atdı.
 
Azərbaycan kuboku
Final
17 may (cümə axşamı)
 
NEFTÇİ - BAKI - 0:2 (0:2)
Qollar: Koke, 8 (0:1), Junior, 28 (0:2)
Sarı vərəqələr: Ruslan Abışov, 56 (qeyri-idman hərəkəti); Denis Silva, 60 (hakimin qərarına etiraz); 82 (qeyri-idman hərəkəti); Mirhüseyn Seyidov, 83 (hakimin qərarına etiraz) // Marko Şarliya, 66 (qeyri-idman hərəkəti); Aqil Məmmədov, 73 (oyunun bərpasını gecikdirdiyinə görə); Cəmşid Məhərrəmov, 86 (oyunun bərpasını gecikdirdiyinə görə).
Qırmızı vərəqə: Denis Silva, 82 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Mehman Mahmudov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
17 may 2012. Dalğa Arena. 4300 tamaşaçı.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski (25. Cavid İmamverdiyev, 46), 9. Flavinyo, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov (14. Bohadir Nasimov, 65), 22. Fərid Quliyev (11. Cavid Hüseynov, 59), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 8. Elşən Abdullayev, 16. Viana Alessandro da Silva, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Bakı: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Çesnauski Deyvidas, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 20. Elşad Manafov, 24. Nenad Kovaçeviç, 36. Parks Uinston (19. Nurlan Novruzov, 53) 77. Aleksandar Soliç (21. Novruz Məmmədov, 90+1) , 98. Koke (11. Elvin Məmmədov, 86).
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 4. Vadim Boret, 32. Savinov Aleksey, 99. Rəhman Hacıyev.
Məşqçi: Novruz Əzimov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.