17 may 2012 00:22
Fenerhabce də Türkiyə kubokunu qazanarmış
Futbol üzrə Türkiyə kubokunun final matçı keçirilib. Azerisport.az xəbər verir ki, həlledici oyunda “Fenerbahce” ilə “Bursaspor” qarşılaşıb.
Ankarada keçirilən qarşılaşmada hər iki komanda uzunmüddətli kubok həsrətinə son qoymağı hədəfləmişdi. Belə ki, bursalılar 26 il idi kuboku qazana bilmirdilərsə, “Fenerbahce” 29 il idi bu titula həsrət idi.
Lakin bu dəfəki final “sarı-lacıvərdlilər” üçün uğurlu alınıb. Belə ki, ötən həftə Super Liqada çempionluğu “Galatasaray”a uduzan “Fenerbahce” “Bursaspor”u 4 cavabsız qolla məğlub edərək kuboka sahib çıxıb.
Türkiyə kuboku
Final
16 may
Bursaspor – Fenerbahce – 0:4
Qollar: C.Erkin, 2, Kristian, 45, S.Şentürk, 59, Aleks, 78.
