17 may 2012 11:36
Rizvan Fərzəliyev: Artıq UEFA Kubokunun finalına çıxmaq vaxtıdı
Azərbaycanının futzal üzrə “Araz” klubunun kapitanı Rizvan Fərzəliyev azerisport.az saytına müsahibəsində növbəti dəfə ölkə çempionu adını qazanmalarından, eləcə də növbəti mövsüm üçün planlarından danışıb.
- Komandanız “qızıl oyun”da “Neftçi” İSM-i asanlıqla (8:2) məğlub edib çempion oldu. Halbuki, çoxları bu oyunun daha gərgin keçəcəyini gözləyirdi...
- Mən deməzdim ki, bizdə hər şey o qədər də asan alındı. Bəli, nəticə bunun əksini deyir. Amma matçı izləyən hər kəs də gördü ki, gərginlik matçın son dəqiqələrində azaldı.
- Demək olar ki, bu oyun “Araz”ın çempionatdakı ən çətin oyunu idi?
- Ən çətinlərdən biri idi. Bu mövsüm “Neftçi”nin ciddi rəqabəti sayəsində çox maraqlı alındı. Onlar öncədən də qarşılarına çempionluq hədəfi qoymuşdular. Buna baxmayaraq, biz layiqli şəkildə qalib gəlib, çempion olduq.

- “Araz” rəqibindən ən azı bir baş üstündü. Elə isə çempionluq niyə “qızıl oyun”a qalmışdı?
- Bizim başımız başqa şeylərə qarışmışdı. UEFA Kubokunda iştirakımız, yığmayla müxtəlif turnirlərə qatılmağımız öz sözünü deməyə bilməzdi. Bu üzdən bütün fikrimizi çempionata yönəldə bilmirdik.

- Bundan sonrakı planlarınız nədən ibarət olacaq?
- Qarşıda Azərbaycan kubokunun 1/4 final oyunları var. Orda da qələbə qazanmaq istəyirik. Daha sonra yaxşı istirahət edib yeni mövsümün hazırlıqlarına başlamalıyıq. Axı bizi UEFA Kubokunda iştirak da gözləyir.

- UEFA Kubokunda uğurlu çıxış üçün dəyişikliklərə ehtiyac var?
- Bütün bunlara rəhbərlik qərar verəcək. Onların işinə qarışa bilmərəm. Amma kapitan kimi onu deyə bilərəm ki, azacıq güclənməyimiz problem olmazdı. İki il öncə bu turnirin bürünc mükafatçısı olduq. Artıq finala çıxmaq zamanıdı.

- Amma bu mövsümü sizin üçün o qədər də uğurlu saymaq olmaz...
- AÇ-2012-dən sonrakı diskvalifikasiyama işarə vurursuz? Həqiqətən çox üzücü məqamdı. Hələ də bununla barışa bilmirəm. Ən çox təəssüfləndiyim isə odu ki, dünya çempionatına vəsiqə uğrunda keçirilən Rusiya ilə pley-off oyunlarında çıxış edə bilmədim.
- Sizcə, həmin oyunlarda meydanda olsaydız, fərqli nəticə qazana bilərdik?
- Demirəm ki, çox şey dəyişərdi, amma köməyimi əsirgəməzdim. Amma istənilən halda yığmamız Rusiyaya qarşı layiqli mübarizə apardı. Tümendən qayıdandan sonra uşaqlara təşəkkürümü bildirdim. Həmin oyunla Rusiyanı keçmək olardı.