17 may 2012 18:54
Azərbaycan kubokunu Neftçi qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Azərbaycan kubokunun finalında hansı komanda qalib gələcək” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə tanış olun.
Beləliklə, oxucularımızın yekun rəyinə görə qarşılaşmanı “Neftçi” qazanacaq. Bu komandanın finalda qalib gələcəyini düşünənlər 63 faiz (371 səs) təşkil edirlər.
Kuboku “Bakı”nın qazanacağına isə nisbətən az insan inanır. Belə ki, bu komandanın uğuruna inananlar 37 faizdi (214 səs).
