17 may 2012 18:35
Azərbaycan Kuboku: Final matçına hakim təyinatları məlum oldu
Futbol üzrə Azərbaycan Kubokunda “Neftçi” və “Bakı” komandaları arasında keçiriləcək final matçının hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, bir neçə saat sonra start götürəcək həlledici qarşılaşma gənc referi Əliyar Ağayevə həvalə edilib.
Yan xətt hakimlərinin kimliyinə gəlincə, bunlar Elman Musayevlə Mehman Mahmudovdu. Ehtiyat hakim funksiyasını isə FİFA referisi Fariz Yusifov yerinə yetirəcək.
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək final matçı saat 20:00-da başlayacaq.
