17 may 2012 17:58
Dünya çempionu olan məşqçi Çin klubunda
Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Marçello Lippi Çinin “Quançjou Everqrand” komandasının sükanı arxasına keçib. Azerisport.az xəbər verir ki, 64 yaşlı mütəxəssislə 2,5 illik müqavilə bağlanılıb.
Lippinin müqavilə şərtləri və əmək haqqı açıqlanmır. Amma onun burda kifayət qədər yaxşı şərtlər altında çalışmağa razı olduğu iddia olunur. Hazırda “Quançjou” Çin çempionatında 10 turdan sonra 22 xalla liderdi.
Qeyd edək ki, Marçello Lippi 2006-cı il dünya çempionatında İtaliya yığmasına qızıl medal qazandırıb. Lakin o, 2010-cu il mundialındakı uğursuzluqdan sonra millini tərk edib. O vaxtdan Lippi işsiz idi.
