17 may 2012 17:46
Simurq 14 futbolçu ilə yollarını ayırdı
Gələn mövsüm üçün iddialı komanda yaratmağı qarşıya məqsəd qoyan “Simurq” Peşəkar Futbol Klubu heyətdə çiddi dəyişikliklər edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu müqavilələrinin müddətləri başa çatan 14 futbolçu ilə yollarını ayırıb.
Bunlar Fuad Əhmədov, Ramil Sayadov, Mikayıl Rəhimov, Vasiliy Yanatovskiy, Vidas Alunderis, Tofiq Mikayılov, Nicat Qurbanov, Emin Cəfərquliyev, Rəşad Eyyubov, Daniel Genov, Əli Bağırov, Ruslan Poladov, İqor Tarasovs və Anatoliy Doroşdu.
Komanda rəhbərliyi ötən mövsüm “Simurq”un uğurları üçün mübarizə aparan və klubla yollarını ayıran hər bir futbolçuya təşəkkür edib. Onlara gələcək karyeralarında uğurlar arzulanıb.
