17 may 2012 17:37

Premyer Liqa klublarımızın nümayəndələri Liverpulda

2011-ci ilin fevral ayında AFFA-nın baş katibi Elxan Məmmədov Liverpul şəhərində eyniadlı universitetin futbolun idarə edilməsi üzrə proqram direktoru, professor Geoff Pirson ilə görüşmüş, Liverpul Universitetinin professorlarının Azərbaycana gələrək AFFA-nın, ölkə klublarının əməkdaşları və futbol ictimaiyyətinin nümayəndələri üçün müxtəlif idarəetmə sistemi üzrə müvafiq qruplar əsasında kurslar keçirməsi barədə ətraflı müzakirələr aparmışdı. Azerisport.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, AFFA, Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində AFFA-nın Futbol İdarəçiliyi Təlim Proqramının giriş mərhələsinə 2011-ci il mayın 10-da start verilmiş, mayın 13-dək davam edən tədbirdə AFFA-nın və «Neftçi», «Qəbələ», «Xəzər Lənkəran», AZAL, «Qarabağ», «İnter», «Bakı», «Turan» klublarının nümayəndələri iştirak etmişdi.
 
2011-ci il dekabrın 26-da AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov tərəfindən Futbol İdarəçiliyi Təlim Proqramının iştirakçılarına müvafiq diplomlar təqdim olunmuşdu.
2012-ci il mayın 14-dən etibarən İngiltərənin London şəhərində Futbol İdarəçiliyi Təlim Proqramının növbəti mərhələsinə start verilib. Tədbirdə AFFA-nın «Neftçi», «Qəbələ», «Xəzər Lənkəran», AZAL, «Qarabağ», «İnter», «Bakı», «Turan» klublarının nümayəndələri iştirak edir.
Futbol İdarəçiliyi Təlim Proqramının əsas məqsədi Azərbaycanda futbol idarəçiliyi üzrə yüksək ixtisaslı kadrların hazırlanması, bu sahədə inkişafa nail olmuş ölkələrin təcrübəsindən yararlanmaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.