17 may 2012 13:57

Novruz Əzimov: Bakı kimin güclü olduğunu meydanda göstərəcək

“Bakı”nın baş məşqçisi funksiyasını yerinə yetirən Novruz Əzimov bu gün keçiriləcək “Neftçi” ilə Azərbaycan kubokunun final oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Finala necə hazırlaşa bilmisiz?
- Hər şey plan üzrə həyata keçirilib. Təəssüf ki, bəzi futbolçularımız finala qədər tam bərpa ola bilmədilər. Düzdü, mümkündü ki, Uinston Parks oynasın. İstənilən halda kimin meydana çıxmasından asılı olmayaraq, qələbə üçün çalışacağıq. Hamı yaxşı başa düşür ki, yalnız bu halda çempionatdakı uğursuzluğu unutdura bilərik.
 
- “Bakı”nın çempionatdakı uğursuzluğuna görə hətta avrokuboklardan kənarda qalacağı gözlənilirdi...
- Çempionatda biz tez-tez uduzurduq. Etiraf edirəm ki, çempionatda ümidləri doğrulda bilmədik. Amma bizim uğursuzluq limitimiz dolub. Final bizim üçün sonuncu imtahandı. Burda “Bakı”nı ancaq qələbə qane edir. Mövsümün nə dərəcədə uğursuz alındığı barədə isə kubokun finalından sonra düşünəcəyik. Kuboku qazanmaqla biz həm də avrokuboklara vəsiqəyə layiq olduğumuzu isbatlamalıyıq.
 
- Siz özünüz artıq iki dəfə kuboku qazanmısız: həm futbolçu, həm də məşqçi kimi...
- Bəli. İki dəfə “Kəpəz”in futbolçusu kimi buna nail olmuşam. Məşqçi kimi isə həm gəncəlilərlə, həm də “Bakı”yla bu uğura imza atmışıq. İndi bu titulu üçüncü dəfə qazanmaq istəyirəm. Bu, mənim üçün çox vacib finaldı. Elə futbolçularım üçün də. Bilirik ki, “Neftçi” də “qızıl dubl” etmək istəyir. Amma biz öz uğurumuz barədə düşünürük.
 
- Rəqib barədə nə deyərdiz?
- Bu komanda ölkə çempionu oldu və bu hər şeyi deyir. “Neftçi”nin heyətində hamısı yaxşı futbolçulardı. Onları müqayisə etməyəcəm. Çoxları onların ancaq forvardlarından danışır. Amma mənim üçün qapıçıdan başlayaraq hər biri yaxşı futbolçudu.
 
- Böyükağa Hacıyev bildirib ki, çempionat oyunlarında olduğu kimi, bu dəfə də “Bakı”nı məğlub edəcəklər...
- Qarşıdakı finalı Premyer Liqa oyunları ilə müqayisə etməyə dəyməz. “Dalğa Arena”dakı oyun tam fərqli olacaq. Bu, mövsümün həlledici oyunudu. “Neftçi”nin yaxşı məşqçisi var. Amma “Bakı” sözünü meydanda deyəcək. Kimin güclü olduğunu meydanda göstərəcəyik.
 
- Mümkündü ki, kuboku qazanacağınız halda “Bakı”da qalasız?
- Hər şeyə rəhbərlik qərar verəcək. Hazırda bütün fikirlərimiz finala yönəlib. Başqa heç nə barədə düşünmürük. Nəyin necə olacağını isə bu oyundan sonra biləcəyik.
 
- Deyilənə görə Hafiz Məmmədov futbolçular üçün yaxşı mükafat söz verib...
- Mən Hafiz Məmmədova təşəkkürümü bildirirəm. O, uzun müddət idi ölkə xaricində idi. Amma final öncəsi Bakıya gəldi və komandamıza dəstək olacaq. Uduzmağa haqqımız yoxdu. Bu mövsüm rəhbərliyi çox üzmüşük. Buna görə də ölkə kuboku bizim olmalıdı.

- Bu mövsüm “Bakı”da penalti baxımından ciddi problemlər olub. Bunun üzərində çalışmısızmı?
- Penaltilər barədə düşünmürük. Hər şeyə 90 dəqiqə, lazım gəlsə, 120 dəqiqə ərzində aydınlıq gətirmək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.