14 may 2012 17:32

Qurban Qurbanov: Raufla Əfran o qədər də ucuz futbolçu deyil

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində komandasının geridə qalan mövsümdəki çıxışını dəyərləndirib, gələcək planlardan danışıb.
 
- “Xəzər Lənkəran”a 1:4 hesabıyla uduzduğunuz matçı necə xatırlayırsız?
- Düzünü desəm, unutmağa çalışıram. Belə oyun və nəticəni gözləmirdim. Bu, avrokuboklara getmək üçün son şansımız olsa da, yararlana bilmədik. Rəqib az qala bütün qol vəziyyətlərini lazımınca dəyərləndirdi. Bütövlükdə, mövsüm bizim üçün çox uğursuz alındı.

- Səbəb nədi?
- Konkret səbəblər barədə danışmaq istəmirəm. Çoxlu nüanslar var ki, uğurlu çıxış etməyimizə imkan vermədi. Fikrimcə, günahı komandanın içində axtarmaq lazımdı. Biz hələ bütün bunları müzakirə edəcəyik, lazımı nəticələri də çıxaracağıq.
 
- Ola bilər ki, bu fasilə sizin üçün düşərli olsun? Çünki dörd mövsümdü bu komanda sakitlik bilmirdi...
- Həqiqətən də daxili turnirlər, avrokuboklar, təlim-məşq toplanışlar komandanı çox əldən salırdı. Amma biz buna görə təəssüflənə bilmərik. İndi isə istirahət edib, daha yaxşı hazırlaşmaq üçün imkan var və bundan maksimum yararlanmaq lazımdı.
 
- “Qarabağ”ın gələcəyini necə görürsüz?
- Yaxşı. Amma konkretliyə qalsa, bizim klub rəhbərliyi ilə görüşümüz olacaq. Yalnız ondan sonra dəqiq nəsə söyləmək olar.
 
- Artıq indidən məlumdu ki, dəyişikliklər olacaq...
- Komandanın həqiqətən dəyişikliklərə ehtiyacı var. Amma bu dəyişikliklərin nə dərəcədə ciddi olacağını zaman göstərəcək.
 
- Georgi Adamiya ilə yanaşı Nderim Nedzipi və Boyan Pavloviçin də “Qarabağ”dan getdiyi bildirilir. Onlar artıq Ağdam klubuna məxsus deyillər?
- Mənim Adamiyaya hörmətim var və onu Azərbaycanda oynamış ən yaxşı legionerlərdən hesab edirəm. O, böyük hərflərlə peşəkardı. Adamiyanın klubla müqaviləsinin müddəti başa çatmışdı. Yeni müqavilə ilə bağlı danışıqlarda isə razılıq əldə olunmadı. Nedzipiyə gəlincə, onun da müqaviləsinin müddəti başa çatdığından komandadan getdi. Pavloviçin də müqaviləsinin müddəti bitib. Amma biz hələ onunla görüşüb, yeni müqavilə barədə danışıqlar aparacağıq.
 
- Bəs Rauf Əliyevlə Əfran İsmayılovun komandadan gedəcəyi haqda xəbərlər nə dərəcədə doğrudu?
- Hər ikisinin klubla 2014-cü ilə qədər müqaviləsi var. Onları hansı klublar heyətlərində görmək istəyirlərsə, bilməlidilər ki, bu futbolçular düşündükləri qədər ucuz deyillər.
 
- “Qarabağ” həqiqədən Bədavi Hüseynovu almaqda israrlıdı?
- Son dövrlər çoxlu futbolçuları mənim komandama “gətirirlər”. Biz hələ altı ay öncə bu futbolçu ilə maraqlanırdıq. Məsələ burasındadı ki, onun hazırda klubu ilə müqaviləsi var. Buna baxmayaraq, qarşıdakı günlərdə biz yenə bu məsələn müzakirə edəcəyik.
 
- Özünüz necə istirahət etməyə hazırlaşırsız?
- (gülür) Hazırda başımız klubla bağlı işlərə qarışıb. Amma mən də çalışacağam 10-15 günlük istirahət götürüm. Bu, mənim xeyrimə olar.
 
- “Qarabağ” son üç mövsümdə avrokuboklarda Azərbaycanın ən uğurlu təmsilçisi olsa da, bu mövsüm belə şansdan məhrumdu. Sizcə, bu mövsüm hansı komanda sizi əvəzləyə bilər?
- Bizim hər bir təmsilçimizin uğurlu çıxış etmək üçün potensialı və gücü var. Ad çəkmək istəmirəm. Sadəcə, hamısına uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.