22 fevral 2012 00:44
Kamran Ağayev: Mahir mənimlə söyüşlə danışdı
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev “Qəbələ”nin kapitanı, millidəki komanda yoldaşı Mahir Şükürovla aralarındakı qalmaqala toxunub. Azerisport.az saytına müsahibəsində o, Premyer Liqanın 21-ci turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçı (2:1) zamanı baş verən olaya belə şərh verib:
“Bir epizoddan sonra mən hakimə yaxınlaşdım. Mahir isə mənimlə söyüşlə danışdı. O, öz hərəkətlərinə fikir verməlidi. Mahir öz komandası üçün çalışır, mənsə pz komandam üçün. Əgər mən hakimə yaxınlaşıb nəsə irad bildirirəmsə, bu, Mahirə mənimlə elə kəskin danışmasına heç bir əsas vermir”.