22 fevral 2012 17:55
Birinci divizion klubları da cəzasız qalmadı
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Lokomotiv” – “Şuşa” matçda “Lokomotiv”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Tərəqqi” – “Karvan” matçda “Karvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Tərəqqi”nin futbolçusu İlkin Verdiyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
